sa sa 3191
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olmuşdur + Foto Mart 14, 2019 | 16:03 / Mühüm hadisələr

Hər il olduğu kimi, 2018/2019-cu tədris ilində də  Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin biologiya ixtisası üzrə IV kurs 080A  (Azərbaycan bölməsi) və 091E (ingilis bölməsi) qruplarının tələbələri istehsalat təcrübələrini AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirirlər. Tələbələr müxtəlif qruplara bölünərək institutun müvafiq elmi-tədqiqat laboratoriyalarında çalışan aparıcı mütəxəssislərə təhkim olunmuşlar. Artıq bir aydır ki, onlar  laboratoriyalarda  mövcud olan avadanlıqların iş prinsipinlərini öyrənmiş və hazırda təcrübələrin gedişində yaxından iştirak edirlər. Bu gün Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olmuş və BDU-nun  tələbələrinin istehsalat təcrübəsinin gedişatı ilə yaxından maraqlanmışdır. Elçin Babayev tələbələrin tədqiqat işlərinə qoşulduqları hər bir laboratoriyaya baş çəkmiş, tələbələrə suallar vermiş, təcrübə gündəlikləri ilə tanış olmuşdur.