sa sa 2130
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda silsilə seminarlar davam edir + Foto Mart 18, 2019 | 16:11 / Seminarlar

18.03.2019-cu il tarixində, Elm günü münasibətilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçirilmişdir. Seminarda AMEA Biologiya və tibb elmləri bölməsinin digər institutlarında çalışan əməkdaşlar da iştirak etmişlər.

Öncə AMEA-nın müxbir üzvü, Bioinformatika laboratoriyasının müdiri İlham Şahmuradov “İnteqrativ biologiya və bioinformatika” mövzusunda çıxış etmişdir. İlham Şahmuradov ölkəmizi xaricdə ləyaqətlə təmsil edən ziyalılarımızdandır. Onun Birləşmiş Krallıqlarda, Yaponiyada, Pakistanda, Səudiyyə Ərəbistanında və başqa ölkələrin aparıcı elmi mərkəzlərində göstərdiyi fəaliyyəti buna bariz nümunədir.

Daha sonra Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi Gülnarə Balakişiyeva “Azərbaycanda fitoplazmaların epidemiologiyası və genetik müxtəlifliyi” mövzusunda çıxış etmişdir. Vaxtilə Bordo Universitetinin doktorantı olan G. Balakişiyeva tərəfindən Azərbaycanda ilk dəfə fitoplazma xəstəlikləri molekulyar səviyyədə tədqiq edilmişdir.

Hər iki alimin çıxışı seminar iştirakçıları tərəfindən maraqla qarşılanmış və ətraflı müzakirələr aparılmışdır.