sa sa 2444
Azərbaycanlı alim Ukraynada konfransda iştirak edib Sen 11, 2017 | 11:55 / Konfranslar, iclaslar

Azərbaycanlı alim İbrahim Əzizov 11-12 sentyabr tarixində Ukraynanın Odessa şəhərində Seleksiya-Genetika institutunda “Kənd Təsərrüfatı bitkilərinin genomika və biokimyası” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Konfransda Belorusiyanın, Misirin, Polşanın və Ukraynanın görkəmli alimləri iştirak etmişdir.  Alim plenar iclasda “Natrium xloridin müxtəlif konsentrasiyalarının buğda cücərtilərinin morfoloji və fotokimyəvi xüsusiyyətlərinə təsiri” mövzusunda çıxış etmişdir. İbrahim Əzizovun çıxışı dünya alimləri tərəfindən böyük maraqla qarşılandı və geniş fikir mübadiləsi aparıldı.