sa sa 2421
İnstitutun əməkdaşları “Biologiya və Aqrar sahədə səmərəli tətbiq işi” müsabiqəsinin qalibləri olmuşlar. + Foto Apr 10, 2019 | 16:53 / Konfranslar, iclaslar

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu 10 aprel tarixində Elm gününə həsr olunmuş “Biologiya və Aqrar sahədə səmərəli tətbiq işi” mövzusuda müsabiqə keçirmişdir. Müsabiqəni AMEA Torpaqşünslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyev giriş sözü ilə açaraq bütün iştirakçıları salamladı və müsabiqənin tam obyektiv keçiriləcəyini bildirdi. O bu mövzunun aktuallığını qeyd edərək torpaqdan səmərəli istifadənin təşkilindən danışdı. Azərbaycanın zəngin iqlimi olduğu üçün hər fəsildə torpaqdan məhsul götürməyin mümkünlüyünu qeyd etdi. Daha sonra torpağın şoranlığının artmaması üçün onların yoxlanmasının vacibliyini qeyd etdi və sözü məruzəçilərə verdi.

Tədbirdə Molekulyar Biologiya və Biotexnalogiyalar İnstitutunun gənc alim və doktorantları öz məruzələri ilə çıxış edərək müsiflər heyətinin suallarını ətraflı cavablandırdılar. Aparıcı elmi işçi biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova, aparıcı elmi işçi, b.ü.f.d İbrahimova Ülkər, elmi işçilər Turanə İsgəndərova, Lalə Aydınlı və birinci kurs magistrant Leyla Xəlilova çıxış etdilər. Onların təqdimatları və verdikləri dolğun cavablar İnstitut direktoru və münsiflər heyəti tərəfindən müsbət dəyərləndirildi. Müsabiqənin sonunda münsiflər heyətinin səsverməsi əsasında 1-ci yerə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan Ulduzə Qurbanova, 2-ci yerə Turanə İsgəndərova və 3-cu yerə isə Lalə Aydınlı layiq görüldü. Qaliblər diplomla mükafatlandırıldı. Tədbirin bütün iştirakçılarına sertifikatlar təqdim olundu.