sa sa 2313
Biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanovanın elmi seminarı keçirilmişdir. + Foto Apr 11, 2019 | 14:11 / Seminarlar

11 Aprel 2019-cu il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d. Ulduzə Qurbanova “C4 fotosintezin təkamülünə molekulyar baxış” mövzusunda çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, təkamül nöqteyi nəzərdən C3-fotosintez C4-fotosintezin əcdadı hesab olunur. C4-bitkilər C3-bitkilərə nisbətən sudan və azotdan daha effektiv istifadə edirlər. İsti iqlim şəraitində C4 bitkilərdə fotosintezin effektivliyi artır ki, bu da C3-bitkilərə nisbətdə inkişaf sürətinin 50% yüksəlməsinə imkan verir. U. Qurbanova C4 fotosintezə təkamül etmənin mərhələləri və şəraitləri haqqında ətraflı məlumat vermişdir. Seminar isntitut əməkdaşları tərəfindən böyük maraqla qarşılanmış və məruzəçi verilən sualları ətraflı cavablandırmışdır.