sa sa 1978
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar. + Foto Apr 17, 2019 | 15:26 / Mühüm hadisələr

17 aprel tarixində Azərbaycan Turizm və Menecment Universitetinin Qida Məhsul Mühəndisliyi İxtisasının 3-cü kurs tələbələri və müəllimləri b.ü.f.d. Məmmədli Gülnar və Məmmədova Həlilə elmi və praktiki işlərlə tanışlıq üçün AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olmuşlar.Elmi işlər üzrə direktor müavini b.ü.f.d. Ələmdar Məmmədov, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri b.ü.e.d Şahniyar Bayramov və institutun Gənclər Təşkilatının sədri.b.ü.f.d Ulduzə Qurbanova və  digər əməkdaşlar laboratoriyalarda aparılan elmi işlərdən və İnstitutun elmi istiqamətlərindən bəhs etdilər.

Daha sonra Qida Təhlükəsizliyi mövzusunda seminar keçirildi.Seminarda aparıcı elmi işçi b.ü.f.d Sədaqət Əsədova maraqlı təqdimatla çıxış etdi və tələbələrin suallarını ətraflı cavablandırdı.

Sonda isə İnstitutun direktoru AMEA-nın vitse prezidenti İradə Hüseynova tələbələri akademik Cəlal Əliyevin iş otağı və kitabxanası ilə tanış etdi.Qonaqlar başda akademik İradə Hüseynova olmaqla institutun kollektivinə təşəkkürlərini bildirdilər