sa sa 275
Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib May 02, 2019 | 09:39 / Mühüm hadisələr

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA-nın vitse-prezidenti vəzifəsinə seçki keçirilib.

Akademiyanın həqiqi üzvləri arasında gizli səsvermə yolu ilə keçirilən seçkidə akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib. 

Açıq səsverməyə əsasən AMEA-nın akademik-katibi vəzifəsini isə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov icra edəcək.

Qeyd edək ki, akademik Rasim Əliquliyev 2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur. O,  "İnformatika" ixtisası üzrə 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Alim 2013-cü ildən bugünədək AMEA-nın akademik-katibi vəzifəsində çalışırdı.

www.science.gov.az