sa sa 73
Havanın təmizlənməsi üçün süni ağaclar yaradılıb May 03, 2019 | 09:53 / Maraqlı məlumatlar

ABŞ-da yaradılmış süni ağaclar havanın çirklənməsinin qarşısını ala bilər. Yeni texnologiya havanın mexaniki sorulması prosesi olmadan atmosferdən karbonu çəkməyə imkan verir.

belta.by saytının məlumatına görə, külək axınlarını filtrdən keçirən texnologiya karbon molekullarını özünə çəkir və onu yenidən istifadə etməyə imkan verir. Texnologiya CO2-nin atmosferdən çəkilməsinin ən ucuz üsulunu təklif edir: 1 ton üçün 100 dollardan az vəsait tələb olunur.

Sistem eksperimental fermada sınaqdan keçiriləcək. Alimlər əmindirlər ki, karbonun atmosferdən çəkilib saxlanılması qlobal istiləşmə və ətraf mühitin çirklənməsi ilə mübarizəyə kömək edəcək.

www.science.gov.az