sa sa 2032
Kembric Universitetinin professoru Qərib Mürşüdovun mühazirələri davam edir + Foto May 17, 2019 | 12:10 / Mühüm hadisələr

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun  rəhbəri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri Qərib Mürşüdovun “Biologiyanın müasir problemləri” və “Struktur biologiyanın üsulları” ixtisas kurslarından mühazirələri davam edir. Mühazirələrdə MBBİ-nin I kurs magistrantları ilə yanaşı Bakı Dövlət Universiteti, Genetik Ehtiyatlar İnstitutu, Zoologiya İnstitutu və Bakı Ali Neft Məktəbinin tələbələri də iştirak edirlər.