sa sa 2403
“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda tədbir keçirildi. + Foto May 22, 2019 | 14:30 / Tədbirlər

22 may 2019-cu il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda tədbir keçirildi. Tədbirdə Səbail rayon Fövqaladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Polkovnik-leytenant Əkbərov Nazir, onun müavini leytenant Bayramov Tərlan və institutun kollektivi iştirak etdi. Nazir Əkbərov ötən illərdə baş vermiş təbii və texniki fəlakətlər və bu hadisələrdə insan itkisi haqqında məlumat verərək ulu öndərin “Bir hadisənin qarşısını almaq bu hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” sözlərini xatırlatdı. O qeyd etdi ki, hər bir vətəndaş fövqəladə hallara hazır olmalı, belə hadisələr baş verərsə, özünün və yaxınlarının həyatını qorumaq üçün zəruri davranış qaydaları ilə tanış olmalıdır. Təhlükəsizlik qaydalarına biganəlik həyatımız üçün təhlükədir. İnstitutun direktoru akademiyanın vitse-prezidenti İradə Hüseynova institutda bu istiqamətdə görülmüş işlər barədə məlumat verərək gələcəkdə keçirilməli olan tədbirlərdən söz açdı. N. Əkbərov institut əməkdaşlarını maraqlandıran sualları cavablandırdı, onların təkliflərini dinlədi və görüşdən məmnun olduğunu bildirdi. Sonda zəlzələ, yanğın, torpaq sürüşməsi, dəm qazından zəhərlənmə və başqa fövqəladə hallar zamanı riayət olunmalı təhlükəsizlik qaydalarını özündə əks etdirən videoçarxlar nümayiş olundu.