sa sa 2537
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları “Tək Sağlamlıq: Problemlər və Həllər” mövzusunda keçirilən II Beynəlxalq Konfransda çıxış etdilər + Foto May 27, 2019 | 10:15 / Konfranslar, iclaslar

24-25 May 2019-ci ildə Xəzər Universitetində “Tək Sağlamlıq: Problemlər və Həllər” mövzusunda II Beynəlxalq Konfrans keçirilmişdir. Konfransın təşkilatçıları Xəzər Universiteti, Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi, AMEA-nın Biofizika İnstitutu, Azərbaycan Tibb Universiteti və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi olmuşdur. Konfransın keçirilməsində məqsəd insanlar, heyvanlar, bitkilər və ətraf mühitin sağlam olmasına nail olmaq üçün yerli, milli və qlobal səviyyədə fəaliyyət göstərən müvafiq mütəxəssislər və qurumları bir araya gətirərək Azərbaycanda tək sağlamlığın həlli yollarını araşdırmaq idi. Konfransda dünyanın müxtəlif ölkələrindən alimlər, gənc tədqiqatçılar, tələbələr, müxtəlif cəmiyyət və nümayəndəlikləri iştirak etmişlər.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu da konfransda geniş tərkibdə təmsil olundu. AMEA-nın müxbir üzvü, İlham Şahmuradov, aparıcı elmi işçilər b.ü.f.d. Səadət Xudaverdiyeva, b.ü.f.d. Nurməmməd Mustafayev, böyük elmi işçi Aytən Ağayeva, kiçik elmi işçilər Gülnar Abdullayeva, Nərgiz Bayramova və institutun dissertantı Elşən Məmmədov iştirak etdilər. Əməkdaşlarımızın çıxışları konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı və mövzular ətrafında geniş müzakirələr aparıldı.