sa sa 2314
İnstitutun gənc tədqiqatçıları beynəlxalq konfransda iştirak ediblər + Foto May 27, 2019 | 10:46 / Konfranslar, iclaslar

24-25 may tarixlərində Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş “Müasir Biologiyada İnnovativ Yanaşmalar ” mövzusunda  IX Beynəlxalq konfransı təşkil olunmuşdu. Konfransı giriş sözü ilə institutun elm və innovasiyalar üzrə prorektoru Kazımzadə Aydın açıq elan edərək sözü biologiya fakültəsinin dekanı Akif Ələkbərova verdi. Akif müəllim bütün iştirakçılara uğur arzulayaraq belə konfransların təşkil olunmasının vacibliyini qeyd etdi. Konfransda bir çox ölkələrdə həmçinin Almaniyadan, Çexiyadan, Gürcüstandan və digər universitetlərdən məqalələrin göndərildiyini bildirdi.

Konfransda  həmçinin AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işçiləri  Mirzəyeva Səmra, İsgəndərova Turanə, kiçik elmi işçilər  Mədədli Aysel, Zülfüqarova Səidə, Tağıyeva Könül , magistrlar  Əlibəyli Gülmirə, Mehdibəyli Leyla, Omarova Səbinə və Əliyeva Reyhan öz təqdimatları ilə çıxış edərək sualları ətraflı cavablandırdılar.