sa sa 2241
Proteomiks laboratoriyasının kiçik elmi işçisi Aynurə Paşayeva Cənubi Koreyanın Pusan Milli Universitetinin Molekulyar Biologiya Departamentində ezamiyyətdədir. İyn 07, 2019 | 16:30 / Ezamiyyətlər

İnstitutda fəaliyyət göstərən beynəlxalq Proteomiks laboratoriyasının kiçik elmi işçisi Aynurə Nağı qızı Paşayeva hazırda Cənubi Koreyanın Pusan Milli Universitetinin Molekulyar Biologiya Departamentində 5 ay müddətinə tədqiqat işləri aparmaq üçün ezamiyyətdədir. Onun dissertasiya işi “Dənli bitkilərdə işıqla induksiya olunan proteom və metabolom dəyişikliklər” mövzusuna həsr olunmuşdur. A. Paşayevanın tədqiqat işlərinin nəticələri respublika və xarici jurnallarda nəşr olunmuş, bir sıra respublika daxili və beynəlxalq konfranslarda dinlənilmiş və müzakirə edilmişdir, sertifikatlar və diplomlarla mükafatlandırılmışdır. Ümumilikdə 13 elmi əsərin müəllifi olan A. Paşayeva 2017-ci ildə elmi fəaliyyətdə fərqləndiyinə görə Azərbaycan Milli Elmər Akademiyasının Fəxri fərmanı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2017-ci il müsabiqəsinin qalibi olmuş “Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə molekulyar-genetik, hüceyrə biotexnologiyası və proteomiks yanaşmalar tətbiq olunmaqla buğdanın quraqlığa və duza davamlılığının yaxşılaşdırılması” adlı qrant layihəsinin icraçısı olan gənc tədqiqatçı həmin layihə çərçivəsində 01-30 aprel 2018-ci il tarixlərində Cənubi Koreyanın Busan şəhərində yerləşən Pusan Milli Universitetinin Molekulyar biologiya Departamenti Bitkilərin molekulyar biologiyası laboratoriyasında elmi ezamiyyətdə olmuş və həmin müddət ərzində tədqiqat işinin müəyyən hissəsini yerinə yetirmişdir.