sa sa 2007
Azərbaycan Dövlət Aqrar Universiteti və  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə  imzalandı İyn 11, 2019 | 10:04 / Rəsmi sənədlər

10 iyun 2019-cu il tarixində Azərbaycan Dövlət Aqrar Universiteti və  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında 2019-2022-ci illər üçün əməkdaşlıq haqqında müqavilə imzalandı.  Müqavilənin şərtlərinə görə yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması; molekulyar biologiya, biotexnologiya, genetika, biokimya, biofizika və digər əlaqəli elm sahələrində qarşılıqlı maraq doğuran mövzular və innovasiyalar üzrə elmi-tədqiqat işlərininplanlaşdırılması və yerinə yetirilməsi; elmi-pedaqoji heyətin, bakalavriat, magistrant, doktorant və dissertantların ixtisasardırma, elmi-tədqiqat, elmi-istehsalat, çöl təcrübələri və staj keçmələrinin təşkili; birgə aparılan elmi-tədqiqatların nəticələrinin nəşri, əldə edilən nailiyyətlərin nümayiş sahələrinin yaradılması və təcrübə sahələrinə səfərlərin təşkili; tətbiqi əhəmiyyətli nəticələrin istehsalata verilməsi üzrə müvafiq fəaliyyətin həyata keçirilməsi kimi istiqamətində əməkdaşlıq nəzərdə tutulmuşdur.