sa sa 2196
İnstitutda növbəti elmi seminar keçirildi + Foto İyn 12, 2019 | 14:30 / Seminarlar

12 iyun 2019-cu il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda Bitki Biotexnologiyası lanoratoriyasının kiçik elmi işçisi Elnarə Sadıqova “Bitki meristem kulturası  sağlamlaşdırılmış əkin materialının alınması üçün metodoloji yanaşma kimi. Müasir yanaşmalar və perspektivlər” mövzusunda çıxış etmişdir. Məruzəçi patogenlərdən azad əkin materialının alınması yolları, meristem kulturası metodu, bu metodla sağlamlaşdırılmış bitkilərin əldə olunmasına dair görülən işlər, bitki «kök» hüceyrələri, meristem kulturası metodunun üstünlükləri və çatışmazlıqlarından bəhs etmişdir. O qeyd etmişdir ki, in vitro meristem kulturası patogenlərdən azad və genetik olaraq sağlam bitkinin alınmasına, rüşeymin və ya toxumların in vitro saxlanılmasına, bütöv bitkinin formalaşmasına, nadir, vegetativ üsulla çoxaldılması çətin olan, kommersiya məqsədli bitkiləri kütləvi şəkildə çoxaldaraq böyük gəlir əldə edilməsinə imkan verir. Gənc tədqiqatçının çıxışı böyük maraqla qarşılanmış və mövzu ətrafında müzakirələr aparılmışdır.