sa sa 1972
AMEA-da magistrlərin dissertasiya işlərinin müdafiəsi başa çatıb İyn 14, 2019 | 12:34 / İmtahanlar

4-13 iyun tarixlərində AMEA-nın magistraturasında ayrı-ayrı ixtisaslar üzrə İxtisaslaşdırılmış Magistr Dissertasiya Müdafiə Şuralarının iclasları keçirilib.  

AMEA prezidentinin 7 may 2019-cu il  tarixli  sərəncamına əsasən yaradılmış Müdafiə Şuralarında 37 ixtisaslaşma üzrə 63 magistr dissertasiyasının müdafiəsi baş tutub. Keçirilən müdafiələrdə AMEA-nın magistrantları magistrlik dissertasiya işlərini yüksək səviyyədə təqdim edib və dissertasiya işləri Müdafiə Şuraları tərəfindən müzakirə edilərək qiymətləndirilib.

Nəticələrə əsasən 2018/2019-cu tədris ilində AMEA-nın 63 tələbəsi magistrlik dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək magistr elmi-ixtisas dərəcəsinə layiq görülüb.

www.science.gov.az