sa sa 1988
Magistrantların attestasiyası keçirildi + Foto İyl 09, 2019 | 15:33 / Mühüm hadisələr

9 iyul 2019-cu il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda İnstitut direktoru akademik İradə Hüseynovanın 01 fevral 2019-cu il tarixli 36 №-li əmri ilə yaradılmış Attestasiya Komissiyası tərəfindən imtahan sessiyasını uğurla başa vurmuş magistrantların attestasiyası aparılmışdır. Hazırda institutda “Molekulyar biologiya” və “Biokimya” ixtisasları üzrə 6 magistrant hazırlanır. Cari tədris ilindən eyni zamanda “Molekulyar biologiya” ixtisası, rus bölməsi üzrə də magistr hazırlığına başlanılmışdır. Yay imtahan sessiyası ərzində institutda 21 ixtisas fənni üzrə imtahan keçirilmişdir. İclasda hər bir magistrantın imtahan nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, elmi konfranslarda iştirakı müzakirə edilmişdir. Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçirilmişlər.