sa sa 1952
Elmi şuranın növbəti iclası keçirildi + Foto İyl 18, 2019 | 16:20 / Konfranslar, iclaslar

18 iyul 2019-cu il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi şuranın 8 saylı iclası keçirilmişdir. Elmi şurada “Molekulyar biologiya”, “Biokimya”, “Riyazi biologiya və bioinformatika”, “Bitki fiziologiyası”, ixtisasları üzrə doktoranturaya qəbul imtahanı proqramları, institutun 1-ci kursu başa vurmuş magistrlarının attestasiya məsələsi, “Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında elmi işçi vəzifələrinin tutulması üçün müsabiqənin keçirilməsinin müvəqqəti Qaydaları” haqqında AMEA Rəyasət Heyətinin 16 yanvar 2019-cu il tarixli 1/3 saylı Qərarına əsasən AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda vakant vəzifələri tutmaq üçün keçirilmiş müsabiqənin nəticələri, müsabiqədən keçmiş iddiaçıların attestasiya məsələsi  və digər təşkilati məsələlər müzakirə olunmuşdur.