sa sa 2218
İnstitutun aparıcı elmi işçisi Almaniyanın Bonn şəhərində elmi ezamiyyətdədir. İyl 26, 2019 | 16:46 / Ezamiyyətlər

AR Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, elm və təhsilin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. Samirə Rüstəmovanın elmi fəaliyyətində də uğurları diqqətəlayiqdir. O, “AMEA alimlərinin Avropada postdoktoral elmi tədqiqatlarının tamamlanması” üzrə keçirilən müsabiqənin qalibi olmuş və Almaniyanın Bonn Universitetinin Bitkiçilik Elmi və Resurslarının Mühafizəsi İnstitutunda 3 ay müddətində tədqiqat işləri aparmaq üçün dəvət almışdır. S. Rüstəmova hal-hazırda “Buğda genotiplərinin quraqlığa davamlılığa cavabdeh genlərinin ekspressiyasının tənzimlənməsində DREB transkripsiya faktorlarının rolu” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. O, Bonn Universitetinin Bitki genetikası və biotexnologiyası Departamentində Dr. Ali Ahmed Nazın rəhbərliyi altında buğda genotiplərinin quraqlığa davamlılığa cavabdeh genlərinin ekspressiyasının tənzimlənməsində DREB transkripsiya faktorlarının rolunun öyrənilməsi ilə bağlı araşdırmalar aparır.