sa sa 1963
İnstitutun əməkdaşları Şəki Regional Elmi Mərkəzdə ezamiyyətdə olmuşlar + Foto Sen 10, 2019 | 13:34 / Ezamiyyətlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Şəki Regional Elmi Mərkəzi arasında birgə elmi tədqiqatların aparılmasını və kadr hazırlığını əhatə edən, 2019-cu ildə  bağlanmış müqavilə çərçivəsində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi məqsədilə institutun  elmi işlər üzrə direktor müavini b.ü.f.d., dosent Ələmdar Çərkəz oğlu Məmmədov və Bioinformatika laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Nurməmməd Şamil oğlu Mustafayev 9-10 sentyabr tarixlərində Regional Mərkəzə ezam olunmuşlar. 9 sentyabr 2019-cu il tarixində Şəki Regional Elmi Mərkəzin direktoru, f-r.ü.f.d. Yusif Hacıbala oğlu Şükürlü başda olmaqla, mərkəzin elmi işlər üzrə direktor müavini Fərhad Şirin oğlu Əzizov, elmi katib Vüqar Abdurahmanov, Bitkilərin biokimyası laboratoriyasının müdiri, b.ü.f.d. Zərbalı  Xəlilov və  Mərkəzin elmi əməkdaşlarının iştirakı ilə görüş keçirilmişdir. Görüşdə aparılan əsas elmi tədqiqatlar və alınmış nəticələrin analizi  barədə geniş elmi müzakirələr aparılmış, MBB İnstitutu ilə birgə aparılması mümkün olan elmi istiqamətlər müəyyənləşdirilmiş və Mərkəzin Tut ipəkqurdunun seleksiyası laboratoriyasının elmi işçisi Şükürova Zərintac Yusif qızı Şəkidə tapılmış palıd ipəkqurdu barədə elmi məruzə etmişdir. Müzakirələrdən sonra görüş iştirakçıları ŞREM-in Çindən gətirilmiş çəkil tinglərinin əkildiyi bağlarda, amarant bitkisinin əkildiyi sahədə və meyvə bağlarında olmuş və apraılan işlərlə yaxından tanış olmuşlar.