sa sa 2327
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir + Foto Yan 19, 2018 | 12:06 / Tədbirlər

Yanvarın 19-da AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbir institutun əməkdaşları tərəfindən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Müəssisənin elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsinin Azərbaycan xalqına qarşı aparılan məqsədyönlü siyasətin nəticəsi olduğunu qeyd etdi. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda 131 nəfər öldürülmüşdü. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. Çıxış edənlər bildirdilər ki, imperiyanın əliyalın əhaliyə qarşı həyata keçirdiyi bu qanlı cinayət öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu qıra bilmədi. Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda, məhz imperiyanın mərkəzində - Moskvada dahi şəxsiyyət Heydər Əliyev Mətbuat Konfransı keçirərək, SSRİ rəhbərliyinə və eləcə də bütün dünyaya səslənib, bu qanlı qətliamı pislədi. İllər keçməsinə baxmayaraq xalqımız bu günü unutmur, 20 yanvar qəhrəmanlarının əziz xatirəsini hörmətlə yad edir.