sa sa 1982
İnstitutda növbəti elmi seminar keçirilmişdir + Foto Sen 27, 2019 | 15:04 / Seminarlar

Sentyabrın 27-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov elmi ezamiyyəti haqqında hesabat vermişdir. İ. Əzizov “Orqanizmlərin Eksperimental təkamül faktorları” mövzusunda keçirilən XIV Beynəlxalq Elmi konfransda iştirak etmiş və plenar məruzə ilə çıxış etmişdir. O, həmçinin Ukraynanın bir çox elmi-tədqiqat institutlarında olmuş, orada aparılan işlərlə yaxından tanış olaraq, birgə tədqiqat imkanlarını müzakirə etmişdir.

Daha sonra Hesablama struktur biologiyası laboratoriyasının elmi işçisi Güman Qarayev “Riyazi Neyrobiologiya” mövzusunda çıxış etmişdir.