sa sa 1861
İnstitutun əməkdaşı b.e.d. Tofiq Allahverdiyev beynəlxalq konfransda çıxış etmişdir. + Foto Okt 09, 2019 | 10:54 / Konfranslar, iclaslar

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.e.d., dos. Tofiq Allahverdiyev 01.10.2019-05.10.2019-cu il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Gürcüstan Kənd Təsərrüfatı Elmlər Akademiyasında Şota Rustaveli Milli Elm Fondunun dəstəyi ilə keçirilmiş "Avropa ölkələrində buğda və Gürcüstan buğdanın mənşəyi kimi" Beynəlxalq Elmi Konfransda iştirak etmişdir. Konfransda Gürcüstan Kənd Təsərrüfatı Elmlər Akademiyasının Prezidenti, akademik Quram Aleksidze, Kənd Təsərrüfatı, Ərzaq və Təbiət üzrə Tətbiqi Elmlərin Avropa Akademiyaları İttifaqının Prezidenti Antonio Michele Stanca (İtaliya), Ukrayna Milli Aqrar Elmlər Akademiyasının Bağçılıq İnstitutunun direktoru, akademik İqor Qrinik, Barselona Universitetinin professoru Jose Luis Araus, CİMMYT-in Türkiyə Ofisinin rəhbəri Aleksey Morqunov, digər xarici və yerli tədqiqatçılar iştirak edirdilər və məruzə ilə çıxış etdilər. Konfransda müxtəlif mövzularda: Cənubi Qafqaz yumşaq buğdanın mənşəyi kimi, buğdanın seleksiyasında müasir tədqiqatlar, buğdanın genetik müxtəlifliyi, ərzaq, yem, tibbi əhəmiyyətinə dair mühazirələr dinlənilmişdir. T.İ.Allahverdiyev "Quraqlıq stresi şəraitində buğdanın fizioloji əlamətləri, dən məhsuldarlığı və məhsul komponentləri" adlı təqdimatla çıxış etmişdir. Əməkdaşımızın məruzəsi maraqla qarşılanmış və mövzu ətrafında müzakirələr aparılmışdır.