sa sa 1832
İnstitutun gənc alimi Samirə Rüstəmovanın “Gənc alimlərin inkişafına xüsusi diqqət göstərilir” adlı məqaləsi Azərbaycan qəzetində çap olunub Okt 30, 2019 | 11:00 / Nəşrlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi Samirə Rüstəmovanın “Gənc alimlərin inkişafına xüsusi diqqət göstərilir” adlı məqaləsi Azərbaycan qəzetində çap olunmuşdur. Müəllif qeyd etmişdir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasında uğurlu elmi fəaliyyəti olan gənc alimlərin çox olması məhz ölkə rəhbərinin elmə diqqəti və biz gənclərə olan qayğısının nəticəsidir. Ölkədə həyata keçirilən islahatlar sayəsində  artıq gənc alimlər AMEA-nın elmi-ictimai fəaliyyətində daha fəal iştirak edir, onların elmmetrik göstəriciləri yüksəlir, dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında dərc olunan məqalələrinin sayı gündən-günə artır. AMEA-da gənc alimlərin dünya elminin inkişaf tendensiyaları nəzərə alınmaqla, müasir multidissiplinar tədqiqatlar aparmaları üçün hər cür şərait yaradılır.

http://www.azerbaijan-news.az/view-175682/