sa sa 2133
9 noyabr "Dövlət Bayrağı Günü"nə həsr edilmiş tədbir keçirilib. + Foto Noy 08, 2019 | 16:14 / Tədbirlər

Noyabrın 8-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 9 noyabr- “Bayraq günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov bu günün əhəmiyyətini, xalqımızın bayrağa xüsusi dəyər verdiyini, onu qoruduğunu vurğulamışdır. Daha sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru İradə Hüseynova çıxış edərək  Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımızın ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş olduğunu qeyd etdi. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə qəbul edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olundu. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.  2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı olub. Həmin meydanda Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyində (162 metr) ucaldılıb. Bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Daha sonra akademiyanın müxbir üzvləri İbrahim Əzizov, İlham Şahmuradov, institutun həmkarlar ittifaqının sədri, b.e.d. Həsən Babayev və institutun gənc əməkdaşları cıxış etdilər. Sonda isə Bayraq gününə həsr olunmuş film nümayiş etdirildi.