sa sa 2234
Fevralın 15-də Abduləzimova Əminənin “Bitkilərdə Plastid və Mitoxondridən nüvəyə DNT transferi” mövzusunda elmi seminarı keçirilmişdir. + Foto Fev 15, 2018 | 11:12 / Seminarlar

Fevralın 15-də institutun Bioinformatika laboratoriyasının elmi işçisi Abduləzimova Əminənin “Bitkilərdə Plastid və Mitoxondridən nüvəyə DNT transferi” mövzusunda elmi seminarı keçirilmişdir. Məruzəçi ali bitkilərin genetik sistemlərinin təşkili haqqında məlumat vermişdir. O, eukariotik hüceyrələrdə orqanella DNT-sinin nüsxələrinin nüvə genomuna köçürülməsi prosesinin bitki genomumun təkamülündəki mühüm rolundan bəhs etmişdir. Abduləzimova Əminə DNT- nüsxələrinin orqanella genomundan nüvə genomuna köçürülməsi prosesi təkamülün ilkin dövrlərində baş versədə çiçəkli bitkilərdə genlərin köçürülməsi prosesinin davam etdiyini, başqa sözlə, orqanella DNT-sinin nüvə genomuna köçürülməsi prosesi bu gündə davam etdiyini qeyd etmişdir.Məruzə seminar iştirakçıları tərəfindən maraqla dinlənmişdir. Sonra Abduləzimova Əminə verilən sualları cavablandırmışdır.