sa sa 1956
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrlərin qış imtahan sessiyası başlanılıb + Foto Yan 07, 2020 | 16:21 / İmtahanlar

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların qış imtahan sessiyası başlanılıb. Bu gün AMEA-nın I kurs magistrantları “Molekulyar biologiya” ixtisası üzrə “Mutagenez və reparasiya”,  “Biokimya” ixtisası üzrə “Zülalların quruluşu və funksiyaları”, “Biotexnologiya” ixtisası üzrə isə “Mikrobioloji biotexnologiya” ixtisas kurslarından, “Molekulyar biologiya” ixtisası azərbaycan və rus bölmələri üzrə və “Biokimya” ixtisası üzrə təhsil alan II kurs magistrantlar isə “Biomolekulyar spektroskopiya”  ixtisas kursu üzrə imtahanlarda iştirak ediblər.

İmtahanlar uğurla başa çatıb.