sa sa 2006
Akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd olunub Yan 15, 2020 | 11:24 / Yubileylər

Yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər.

Tədbir çərçivəsində “Xoşbəxt Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında” ölkə başçısının Sərəncamı oxunub və Prezident İlham Əliyev sözügedən mükafatı akademikə təqdim edib.

Çıxışlardan sonra yubiley mərasimi konsert proqramı ilə davam etdirilib.

www.science.gov.az