sa sa 1997
Elmi şuranın 2020-ci il üçün ilk iclası keçirilib + Foto Yan 17, 2020 | 12:13 / Konfranslar, iclaslar

Yanvarın 17-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının 2020-ci ildə ilk iclası keçirilib. İclası açan İnstitutun direktoru, akademik İradə Hüseynova şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. Sonra İ.Hüseynova institutun elmi katibi b.ü.f.d. Durna Əliyevanı anadan olmasının 55 illiyi münasibətilə kollektiv adından təbrik edib və ona Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Fəxri Fərmanını təqdim edib. 2019-cu ildə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktorantura və dissertanturaya sənəd vermiş namizədlər haqqında Tədris şöbəsinin müdiri Samirə Rüstəmovanın məruzəsi dinlənilib. Akademik İ.Hüseynova “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyətinin yeni tərkibi haqqında AMEA Rəyasət Heyətinin qərarı barəsində iclas iştirakçılarına məlumat verib. Bundan sonra Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri Şahniyar Bayramovun Latviya Universitetinə, Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi Samirə Rüstəmovanın Avstriya Respublikasının Tulln şəhərinə, II kurs magistrant Leyla Xəlilovanın Rusiya Federasiyasının Puşino şəhərində yerləşən Biologiyanın fundamental problemləri institutuna ezam edilməsi məsələsi və digər təşkilati məsələlər müzakirə edilib. Bununla da Elmi şuranın 01 saylı iclası öz işini yekunlaşdırıb.