sa sa 2003
İnstitutun elmi işçisi Rəfiqə Məsməliyeva Böyük Britaniyanın Nottingem şəhərində “CCP4 Study weekend” adlı konfransda iştirak edib + Foto ,Video Yan 19, 2020 | 11:30 / Ezamiyyətlər

Hesablama Struktur Biologiyası laboratoriyasınını elmi işçisi R.Ç. Məsməliyeva 06.01.2020-10.01.2020 tarixlərində Böyük Britaniyanın Nottinqem şəhərində “CCP4 Study weekend” adlı konfransda iştirak edib və “Validation” sessiyası çərçivəsində “Makromolekulyar B faktorun lokal və qlobal analizi” adlı məruzə ilə çıxış edib.  Məruzə uğurla edilib və maraqla qarşılanıb. Məruzə mövzusuna uyğun olaraq Acta Crystallografica D jurnalına məqalə təqdim ediləcəkdir, məruzə videosu bir ay ərzində konfransın YouTube səhifəsinə yerləşdiriləcəkdir.

R.Ç. Məsməliyeva həmçinin kristalloqrafiya və elektron mikroskopiya metodlarının Struktur biologiyasına tətbiqi ilə bağlı ən son yenilikləri əhatə edən məruzələr dinləyib və bu sahədə elmin ən son yenilikləri ilə tanış olub.