sa sa 1700
Elmi ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər + Foto Yan 21, 2020 | 09:53 / Mühüm hadisələr

Qanlı 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar AMEA Rəyasət Heyətinin üzvləri, aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən institut və təşkilatların nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

Elmi ictimaiyyətin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə tər qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər.

www.science.gov.az