sa sa 1781
Bu gün mərhum akademik Cəlal Əliyevin xatirəsi anılıb + Foto Yan 31, 2020 | 15:14 / Mühüm hadisələr

Bu gün mərhum akademik Cəlal Əliyevin xatirəsi anılıb. Fevralın 1-də dünya şöhrətli alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elmlərinin görkəmli nümayəndəsi Cəlal Əliyevin vəfatından  4 il keçir. Molekulyar Biologiya və Biotexnologiyalar  İnstitutun əməkdaşları akademikin Fəxri Xiyabanda məzarını ziyarət edib, onun məzarı önünə gül çələngləri və əklillər qoyublar. İnstitutun kollektivi böyük alim Cəlal Əliyevin elmə töhfələrindən, onun zəngin irsindən bəhs edərək mərhumun ruhuna dualar oxuyublar.