sa sa 1811
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində yeni yaradılan Dissertasiya şurasının ilk iclası keçirilib + Foto Fev 06, 2020 | 16:19 / Konfranslar, iclaslar

06 fevral 2020-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində yeni yaradılan Dissertasiya şurasının ilk iclası keçirilib. İclası açan Dissertasiya şurasının sədri akademik İradə Hüseynova bildirib ki, Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevin 28 dekabr 2019-cu il tarixli əmri ilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində ED 1.25 qeydiyyat nömrəli Dissertasiya Şurası yaradılıb. Dissertasiya şurasında 2406.02 - “Biokimya”, 2411.02 - “Bitki fiziologiyası”, 2415.01 - “Molekulyar biologiya” ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiələrinin keçirilməsi nəzərdə tutulub. O qeyd edib ki, institutun nəzdində yaradılmış Dissertasiya şurasının tərkibi 18 nəfərdən ibarətdir ki, onlardan 12-i institutda, digərləri isə müxtəlif elmi  təşkilatlarda çalışan nüfuzlu alimlərdir. Dissertasiya şurasının sədri akademik İradə Hüseynova, sədr müavini AMEA-nın müxbir üzvü İlham Şahmuradov, elmi katibi b.ü.f.d., dosent Ulduzə Qurbanovadır. Eyni zamanda Dissertasiya şurasının nəzdində yuxarıda qeyd olunan ixtisaslar üzrə Seminar şurası yaradılıb ki, onun tərkibinə hər ixtisas üzrə 7 nəfər olmaqla ümumilikdə 21 nəfər mütəxəssis daxildir. İclasda çıxış edən dissertasiya şurasının üzvləri  ̶ АMЕА-nın müxbir üzvü İlhаm Şаhmurаdоv, biologiya elmləri doktorları Səftər Sülеymаnоv, Yaşar Feyziyev, Ziyəddin Məmmədov, Vilayət Abdıyev Dissertasiya Şurasının fəaliyyətinin müasir elmi tələblər səviyyəsində qurulması, dissertasiya mövzularına dair şəffaf qərarların qəbulu, plagiat hallarının qarşısının alınması və s. məsələlər ətrafında müzakirələrdə öz təkliflərini bildiriblər. Dissertasiya şurasının sədri akademik İrаdə Hüsеynоvа bildirib ki, müzakirələr zamanı səslənən bütün təkliflər nəzərə alınaraq Ali Attestasiya Komissiyasına təqdim olunacaq.