sa sa 1800
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib + Foto Fev 07, 2020 | 12:49 / Konfranslar, iclaslar

07 fevral  2020-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın 02 saylı iclası iclası keçirilib. İnstitutun direktoru, akademik İradə Hüseynova iclası açaraq şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. Akademik İ.Hüseynova İnstitutun elmi işlər üzrə direktor müavini b.ü.f.d., dosent Ələmdar Məmmədovu və Təhsil şöbəsinin baş mütəxəssisi Qənfilə Bayramovanı 60 illik yubileyləri münasibətilə institutun kollektivi adından təbrik edib, Ə.Məmmədova AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Fəxri fərmanını təqdim edib. İclasda 2020-ci ildə yerinə yetiriləcək iş planları müzakirə edilib, Ş.M.Bayramov, N.M.Quliyev və C.Ə.Əliyevin həmmüəllifliyi ilə “Ali bitkilərdə karbonun ilkin assimilyasiyasının tənzimlənməsinin bəzi xüsusiyyətləri” adlı monoqrafiyanın nəşr olunması ilə bağlı müzakirələr aparılıb və digər təşkilati məsələlərə baxılıb.