sa sa 3207
Martın 19-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Novruz bayramı qeyd edilib + Foto Mart 19, 2018 | 15:00 / Tədbirlər

İnstitutun direktoru akademik İradə Hüseynova  institutun əməkdaşlarını qədim  milli bayramı olan Novruz bayramı münasibətilə təbrik etdi. Novruz uzun əsrlərdir böyük təntənə və şən əhval ruhiyə ilə qeyd etdiyimiz ümumxalq bayramıdır. Məhz baharın gəlişi ilə təbiət oyanır, həyat yenidən canlanır. Novruz gələcəyə, xoşbəxtliyə, əmin-amanlığa ümidi əks etdirir. Akademik çıxışının yekununda institut kollektivinə can sağlığı, firavan həyat və gələcək işlərində uğurlar arzuladı.