sa sa 2052
"Həyat elmləri və biotibb" jurnalının yeni sayı işıq üzü görüb Fev 14, 2020 | 11:07 / Nəşrlər

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin "Həyat elmləri və biotibb" jurnalının 2019-cu ilə olan ikinci nömrəsi çapdan çıxıb.

Nəşrin bu sayında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işçisi Rəfiqə Mәsmәliyevanın "Atom yerdәyişmә parametrlәrindәn istifadә etmәklә zülalların verilәnlәr bazasında olan quruluşlarının yoxlanılması", Botanika İnstitutunun əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları Sitarə Mustafayeva, Tünzalə Qasımova və Z.Әliyevanın "Azәrbaycan florasında Tanacetum L. (Asteraceae) cinsi haqqında", Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov və Z.Mәmmәdovanın "Azәrbaycanın Xәzәr sahili bitkiliyindә rast gәlinәn paxlalı bitkilәr vә onların tәsәrrüfat әhәmiyyәti", Zoologiya İnstitutunun əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları Zöhrə Musayeva və Oktay Aslanovun "Gәncә-Qazax bölgәsinin üzümlüklәrinin yırtıcı gәnәlәri (Acarı)", Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Mehrac Abbasovun "AmpliSeq texnologiyası әsasında buğda bitkisi üçün genotiplәşdirmә panelinin yaradılması", Azərbaycan Tibb Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov və A.Sәfiyevanın "Yoğun bağırsağın xoş xassәli törәmәlәrinin müalicәsinә müasir yanaşma prinsiplәri" və digər maraqlı məqalələr yer alıb.

www.science.gov.az