sa sa 1894
İnstitutun aparıcı elmi işçisi, b.ü.f.d., dosent Samirə Rüstəmova Avstriyada beynəlxalq simpoziumda iştirak edib Fev 17, 2020 | 17:14 / Ezamiyyətlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Samirə Məhəmmədrəhim qızı Rüstəmova  11-13 fevral 2020-ci il tarixlərində Avstriya Respublikasının Tulln şəhərində keçirilən Bitki Seleksiyası Cəmiyyətinin “Rəqəmsal Bridinq” mövzusunda  Beynəlxalq  simpoziumda  iştitak edib. S.M. Rüstəmova akademik İradə Hüseynova və Almaniyanın Bonn Universitetinin professoru Ali Ahmad Naz ilə birgə “Quraqlıq stresi şəraitində davamlılığına görə fərqlənən buğda genotiplərinin DREB transkripsiya faktorunun ekspressiya divergensiyası” mövzusunda tədqiqat işini simpoziumda təqdim edib. Bitki Seleksiyası Cəmiyyəti 1991-ci ildə Göttingen şəhərində yaradılıb və hazırda 850-dən çox üzvü var. Hər iki ildən bir cəmiyyət tərəfindən bitki seleksiyasının aktual məsələlərinə həsr olunan elmi simpoziumlar təşkil edilir. Simpoziumların keçirilməsində məqsəd bitki seleksiyasında yenilik axtarışların qlobal bir missiya kimi qiymətləndirilərək beynəlxalq platformada müzakirə etməkdir. Bu dəfəki simpoziumun da əsas mövzusu iqlim dəyişikliyi fonunda planetin qida təhlükəsizliyi probleminin həllində rəqəmsal metodların tətbiqinə həsr olunub. S.M. Rüstəmovanın təqdim etdiyi divar prezentasiyası simpozium iştirakçılarının marağına səbəb olub və  geniş müzakirə edilib.