sa sa 1748
Bakı Dövlət Universitetinin tələbələri AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda İstehsalat təcrübəsi keçir. + Foto Fev 21, 2020 | 12:08 / Mühüm hadisələr

Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin IV kurs tələbələrinin 25 nəfərdən ibarət olan heyəti AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda İstehsalat təcrübəsi keçir. Tələbələrin fevral ayının 17-də başlayan təcrübəsi aprelin 19-na kimi davam edəcək. Onlar İnstitutun müxtəlif laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olmaqla yanaşı, aparılan təcrübələrdə bilavasitə iştirak edir və dünya praktikasında tətbiq olunan metodları mənimsəyirlər. İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti İradə Hüseynova hər il BDU tələbələrinin AMEA institutlarında istehsalat təcrübəsi keçməsinin elm və təhsilin inteqrasiyası üçün böyük əhəmiyyətini vurğulayaraq, tələbələrə təhsil və tədqiqat işlərində uğurlar arzulayıb.