sa sa 1964
Beynəlxalq Bionanotexnologiya laboratoriyasının böyük laborantı Leyla Xəlilova Rusiya Federasiyasının Puşşino şəhərində ezamiyyətdə olub + Foto Fev 25, 2020 | 15:13 / Ezamiyyətlər

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Biokimya” ixtisası üzrə ikinci kurs magistrantı, beynəlxalq Bionanotexnologiya laboratoriyasının böyük laborantı Leyla Xəlilova 02 – 21 fevral tarixlərində Rusiya Federasiyasının Puşşino şəhərində yerləşən Biologiyanın Fundamental Problemləri İnstitutunun Suyun Fotosintetik Oksidləşməsi laboratoriyasında ezamiyyətdə olub. Gənc tədqiqatçı "Mis əsaslı metal-üzvi komplekslərin tilakoid membranı preparatlarının aktivliyinə təsirinin tədqiqi" mövzusunda olan magistr dissertasiya işinə uyğun elmi tədqiqatları və riyazi hesablamaları Suyun Fotosintetik oksidləşməsi laboratoriyasında aparıb. Tədqiqatlar zamanı əsas etibarilə sintetik mis komplekslərinin Fotosistem 2-nin aktivliklərinə inhibirləşdirici təsiri öyrənilib.