sa sa 1979
“Bitkilərin ətraf mühit amillərinə cavab reaksiyalarinin xlorofil flüoressensiyasi vasitəsilə monitorinqi “ mövzusunda seminar keçirilib + Foto Fev 24, 2020 | 12:02 / Seminarlar

Fevralın 24-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda Genomun quruluşu və ekspressiyası laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Ülkər İbrahimova “Bitkilərin ətraf mühit amillərinə cavab reaksiyalarinin  xlorofil flüoressensiyasi  vasitəsilə monitorinqi “ mövzusunda çıxış edib. 03.08.2019-01.10.2019 tarixlərində  Slovakiya Respublikasının Nitra şəhərində yerləşən Slovakiya  Kənd Təsərrüfatı Universitetinin Bitki fiziologiyası və Genetika departamentlərində elmi ezamiyyətdə olan Ü. İbrahimova Triricum aestivum L. genotiplərinin quraqlıq və duzadavamlılığının təyini istiqamətində apardığı təcrübələrin nəticələri haqqında seminar iştirakçılarına məlumat verib. Bundan başqa məruzəçi stress faktorlarının fotosintetik aparata təsirini qiymətləndirmək üçün Xlorofil a flüoressensiyası analizlərinin unikal bir model olduğunu seminar iştikçılarının diqqətinə çatdırdı.