sa sa 1995
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "8 Mart - Beynəlxalq Qadınlar Günü" qeyd edilib Mart 06, 2020 | 15:15 / Tədbirlər

06.03.2020-сi il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “8 mart – Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən institutun direktoru akademik İradə Hüseynova xanımları zəriflik, ülvilik, gözəllik və sədaqət rəmzi kimi xarakterizə etmiş və bütün qadınlara hər zaman Azərbaycan qadını simvolunu özündə yaşatmağı arzu edib. O, müasir biologiya sahəsində alim xanımlarımızın elmi fəaliyyətləri, tədqiqatları ilə uğur qazandıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Həmçinin gənc alim və mütəxəssislərin əksəriyyətini xanımlar təşkil etdiyini bildirib. Daha sonra AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, İlham Şahmuradov , b.e.d. Səftər Süleymanov, institutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov, institutun həmkarlar ittifaqının sədri b.e.d. Həsən Babayev, institutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev  və digərləri öz təbriklərini bildiriblər.