sa sa 283
5 cildlik “Azərbaycan dendroflorası” kitabı Dövlət Mükafatına təqdim olunacaq + Foto Mart 13, 2020 | 18:39 / Nəşrlər

AMEA-nın Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının Elmi şuralarının birgə iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iclasın AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun 5 cildlik “Azərbaycan dendroflorası” kitabının Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim edilməsi məsələsinin müzakirəsinə həsr olunduğunu bildirib.

Akademik İ.Hüseynova biomüxtəlifliyin, xüsusən ağac və kоl bitkilərinin kompleks şəkildə öyrənilməsinin müasir dövrdə aktuallıq kəsb edən məsələlərdən olduğunu qeyd edərək, bu baxımdan çoxillik araşdırmaların nəticəsi olan “Azərbaycan dendroflorası” kitabının əhəmiyyətindən danışıb.

Daha sonra akademik Validə Əli-zadə, AMEA-nın müxbir üzvü Xəlil Qasımov, biologiya elmləri doktorları Vahid FərzəliyevElman İsgəndərSəyyarə İbadullayevaEldar Novruzov, Naibə Mehdiyeva, Şakir Qasımov və biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimov çoxcildlik haqqında öz rəy və tövsiyələrini bildiriblər. Çıxış edənlər çoxcildliyin Dövlət Mükafatına təqdim olunmasını məqsədəuyğun hesab ediblər.

Sonda AMEA-nın müxbir üzvü Tofiq Məmmədov əsərin hazırlanmasında köməyi olanlara, göstərilən etimada görə rəhbərliyə və iclas iştirakçılarına təşəkkürünü bildirib.

Tədbirdə “Azərbaycan dendroflorası” kitabının Dövlət mükafatına təqdim olunması haqqında qərar qəbul edilib.

www.science.gov.az