sa sa 2184
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Prezident İlham Əliyevin tarixi qələbəsi münasibətilə tədbir keçirilmişdir + Foto Apr 12, 2018 | 15:17 / Mühüm hadisələr

Bugün 11 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərinin uğurla başa çatdırılması münasibətilə tədbir keçirildi. İnstitutun direktoru akademik İradə Hüseynova çıxışında demokratik, azad seçki şəraitində xalqın öz layiqli namizədinə səs verdiyini bildirdi. Seçicilərin böyük əksəriyyəti Müasir Azərbaycanın banisi Heydər Əliyevin siyasətini layiqincə davam etdirən İlham Əliyevə etimad göstərmişlər. Ölkəmizin dünyada tanınması, iqtisadiyyat, elm, təhsil və digər sahələrin sürətli inkişafı cənab prezident İlham Əliyevin uzaqgörənliyinin və uğurlu siyasətinin nəticəsidir. Nitqinin sonunda akademik xalqımızı İlham Əliyevin tarixi qələbəsi münasibətilə təbrik etmiş, Azərbaycanın parlaq gələcəyinin etibarlı əllərdə olduğunu vurğulamışdır. Tədbirdə institutun digər əməkdaşları çıxışlarında xarakteri, zəkası, savadı və apardığı məqsədyönlü strategiyası ilə İlham Əliyevin əsl lider olduğunu və xalqın cənab prezidentin ətrafında sıx birləşərək, ölkəmizin gələcək nailiyyətlərinə inamla addımlayacağını bildirdilər.