sa sa 2057
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dezinfeksiya işləri aparılıb + Foto Mart 16, 2020 | 10:07 / Mühüm hadisələr

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir. Mart ayının 15-də koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə institutda dezinfeksiya işləri aparılıb. Belə ki, institutun 5 mərtəbəli laboratoriya və 2 mərtəbəli inzibati korpuslarının bütün otaqları, foye, dəhlizlər, pilləkənlər, akt zalları xüsusi preparatlarla təmizlənib. Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.