sa sa 2064
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantlar üçün distant tədris təşkil edilib + Foto Apr 02, 2020 | 13:07 / Dərslər

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında Sərəncamına əsasən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təhsil alan magistrantlar üçün distant tədrisə başlanılıb. Hazırda institutda 15 magistr, o cümlədən I kursda “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biokimya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə 3, “Nanobiotexnologiya” ixtisası üzrə 1 nəfər, II kursda “Molekulyar biologiya” ixtisası üzrə Azərbaycan bölməsində 3 nəfər, rus bölməsində 1 nəfər, “Biokimya” ixtisası üzrə 2 nəfər magistr təhsil alır. İnstitutda tədris prosesinə cəlb edilmiş professor-müəllim heyəti sillabuslarda nəzərdə tutulan mövzuların tədrisini elektron telekоmmunikasiya vasitələri əsasında həyata keçirirlər. İnstitut rəhbərliyi keçilən dərslərə “online” rejimində bir-başa qoşularaq nəzarət edir. Eyni zamanda professor-müəllim heyəti tərəfindən hazırlanmış dərs vəsaitləri (mühazirə mətnləri və təqdimatlar) elektron formada AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinə təqdim edilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində olduğu kimi, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda da tədris prosesi müvəqqəti dayandırılıb.