sa sa 2342
AMEA-nın müxbir üzvü İlham Şahmuradov Fəxri Fərmanla təltif olundu + Foto Apr 18, 2018 | 14:54 / Mühüm hadisələr

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, biologiya üzrə elmlər doktoru İlham Şahmuradov 60 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur. 

İlham Şahmuradov Azərbaycan elminə töhfələri ilə ölkəmizi xarici tribunada uğurla təmsil edən alimlərimizdəndir. Onun apardığı elmi tədqiqatların nəticələru nüfuzlu beynəlxalq jurnallarda dəfələrlə nəşr edilmişdir. İlham müəllim elmi-pedaqoji sahədə də səmərəli fəaliyyəti ilə seçilir. Alimin xidmətləri  dövlət tərəfindən yüksək qiymətləndirilmiş və 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

İnstitutun kollektivi adından İlham Şahmuradovu 60 illik yubileyi münasibətilə təbrik edir, can sağlığı və elmi fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq.