sa sa 2409
Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirildi + Foto Apr 30, 2018 | 15:35 / Tədbirlər

Bu gün Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun rəhbərliyi və əməkdaşları Fəxri Xiyabanda görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət etmiş, onun əziz xatirəsini yad etmişlər.

Sonra institutun əməkdaşları AMEA-nın Mərkəzi Elmi Kitabxanasında akademikin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbirdə iştirak etmişlər. Tədbirdə çıxış edən akademiyanın prezidenti Akif Əlizadə görkəmli alim Zərifə Əliyevanın oftalmologiyada əvəzolunmaz xidmətlərini vurğulamış, həmçinin onun elmi-pedaqoji fəaliyyətindən, gənc kadrların hazırlanmasına verdiyi töhfələrdən bəhs etmişdir. Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Zərifə Əliyevanın zəngin həyat yolundan, Azərbaycan səhiyyəsindəki nailiyyətlərindən bəhs etmişdir.  

Tədbirdə həmçinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistrantı Gülnar Abdullayeva çıxış etmiş və bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən danışmışdır.