sa sa 2272
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirilmişdir + Foto Apr 27, 2018 | 15:11 / Konfranslar, iclaslar

27-28 aprel, 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirilmişdir. Konfransın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həlli yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaq olmuşdur.

      Konfransda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının əməkdaşları Bayramova Nərgiz “Glrav-3 virusu ilə yoluxmuş üzüm (Vitis vinifera l.) yarpaqlarında peroksidaza fermentinin fəallığının tədqiqi”, Zülfüqarova Səidə “Buğda bitkisində BTŞ 16.9 geninin allel-spesifik praymer vasitəsilə identifikasiyası” , İsgəndərova Turanə “Buğda genotiplərində flaq yarpağın qocalma geni üçün qtl-in identifikasiyası” mövzularında, 1-ci kurs magistr tələbəsi Həsənova Aysu-Şövkət “İkinci fotosistemin oksigen ayırma funksiyasının bərpası” mövzusunda çıxış etmişlər.