sa sa 1744
MBBİ-nin əməkdaşı koronovirusla mübarizə tədbirlərinə dair müsahibə verib Apr 25, 2020 | 13:50 / Mühüm hadisələr

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) böyük elmi işçisi Aytən Ağayeva ATV kanalının “ATV Qərargah” verilişinə müsahibə verib.

Koronovirusla mübarizə tədbirləri mövzusuna həsr olunmuş verilişə videobağlantı vasitəsilə qoşulan A.Ağayeva COVID-19 əleyhinə vaksinlərin hazırlanması istiqamətində dünyada görülən işlərdən danışıb.

İki il öncə ABŞ-ın Beynəlxalq Molekulyar Biotexnologiyalar Mərkəzində yeni dərman preparatlarının hazırlanmasında iştirak edən A.Ağayeva normal şəraitdə insan hüceyrələri üçün təhlükəsiz vaksin preparatlarının hazırlanması prosesinə uzun illər tələb olunduğunu, bu prosesin dörd mərhələdən ibarət olduğunu qeyd edib. Onun sözlərinə görə, uzun illərin sərf olunduğu bu prosesə ilkin tədqiqatlar və skrininq, müxtəlif heyvan modelləri üzərində peyvəndlərin yoxlanıldığı pre-klinik tədqiqatlar, insanlar üzərində aparılan üç fazadan ibarət klinik araşdırmalar, eləcə də vaksinin fəallığının təsdiq edilməsi və satışa buraxılması mərhələləri daxildir.

A.Ağayeva əlavə edib ki, koronovirusun hazırda dünyada geniş yayılmasını nəzərə alaraq dünyanın aparıcı təşkilatları bu virusa qarşı vaksinin bu ilin sonu və ya gələn ilin əvvəllərində satışa buraxılacağını iddia edirlər.

www.science.gov.az