sa sa 1765
Alimlər insan təri ilə işləyən çoxfunksiyalı elektron dəri hazırlayıblar Apr 29, 2020 | 19:19 / Maraqlı məlumatlar

Amerikalı alimlər insan təri ilə enerji toplayan çoxlu sayda sensorlardan ibarət elektron dəri hazırlamaqla bu istiqamətdə xeyli irəliləyiş əldə ediblər. Kaliforniya Universitetinin tədqiqatçıları bildiriblər ki, birbaşa insanın bədəninə tətbiq edilən süni dəri elastik rezin materialdan ibarətdir. Bu, ona çoxlu sensor quraşdırmağa imkan verir: ürək döyüntülərinin tezliyi, bədənin hərarəti, qanda şəkərin səviyyəsi, həmçinin sağlamlıq vəziyyəti haqqında məlumat verə bilən maddələr mübadiləsinin əlavə məhsulları üçün sensorlar. Belə süni dəri enerji cəhətdən səmərəli olub öz işi üçün insan tərindən istifadə edərək kənar enerji mənbəyi tələb etmir.

https://www.medicina.az